Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN-dən Hirkan Milli Parkındakı yanğınla bağlı yeni məlumat - VİDEO

16.01.2021 18:19 1 113
FHN-dən Hirkan Milli Parkındakı yanğınla bağlı yeni məlumat - VİDEO
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.скачать dle 11.3
Mojo.az Banner