Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Formula-1”in Bakıda keçirilməsi yenə sual altındadır - AÇIQLAMA

13.01.2021 15:29 2 211
“Formula-1”in Bakıda keçirilməsi yenə sual altındadır - AÇIQLAMA
“Formula-1” yarışının iyunun 6-da Bakıda keçirilməsi ilə bağlı heç bir dəyişiklik yoxdur. Dünən “Formula-1” builki yarışın təqvimini açıqlayanda da Azərbaycan Qran Prisi nəzərdə tutulub”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva deyib.

Almaniyanın “Auto Motor und Sport” nəşri ötən il olduğu kimi, bu il də Azərbaycan Qran Prisinin keçirilməyə biləcəyini yazıb. Səbəb kimi trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı yeddi həftə vaxt lazım olduğunu, pandemiya səbəbindən xaricdən Azərbaycana işçilərin gələ bilməməsi göstərilib.

Lakin Gülnaz Quliyeva hər şeyin karantinin götürülməsindən asılı olduğunu bildirib:

“Açığı, həmin məqalə ilə tanış deyiləm. Amma rəsmi olan budur ki, bu yarış 4-6 iyun tarixlərində baş tutmalıdır. Düzdür, tras parada görə sökülüb. İlk illər təcrübəsiz olduğumuzdan, yarış zolağının bərpasına ötən ilin sonundan başlayırdıq. İndi isə qısa müddətə bunu edə bilirik. Bizim işçilər hazırda karantinə görə ev rejimində işləyir. Karantinin bitməsini gözləyirik. Bitdikdən sonra işçilər trasın bərpasına başlayacaq”.скачать dle 11.3
Mojo.az Banner