Mojo.az Banner
21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:41 "Bitcoin" sürətlə bahalaşır  |     20:34 Naxçıvanda bu qurum ləğv edildi  |     20:29 Bu işlə məşğul olanlar 200 manat cərimə ediləcək  |     20:22 Generalın oğlu işdən çıxarıldı  |     20:17 Təbii kürünü saxtasından necə ayıraq? - AQTA aydınlıq gətirdi  |     20:10 Gəncədə bağçada biabırçılıq - Tərbiyəçi azyaşlıları təhqir etdi (İDDİA- VİDEO)  |     20:04 Qanunsuz mərc oyunları ilə bağlı xaricə ödənişlərin qarşısı alınmalıdır  |     19:56 Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı  |     19:51 Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı  |     19:43 "Dr. Gülü" xəstəxanaya yerləşdirildi - AÇIQLAMA  |     19:37 Qarabağ ermənisinə Rusiya pasportu verildi  |     19:30 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:25 Büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb  |     19:16 Şəkidə avtomobil aşdı - Ölən və yaralananlar var  |     19:11 Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı  |     19:02 Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI  |     18:57 Dövlət köçürülən cərimələrə nəzarəti artırdı  |     18:50 Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb  |     18:45 "Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"  |    
Left Banner
Right Banner

Yevlaxın həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub

12.01.2021 21:16 1 269
Yevlaxın həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub
Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub.

APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 21-ə təyin edilib.

Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner