22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |     22:41 Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!  |     22:36 Biləsuvarda yanğınlar oldu  |     22:27 Ət alarkən bunlara diqqət yetirin - VİDEO  |     22:22 Bu televiziyalara ayrılan vəsait azalır  |     22:16 Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq  |     22:08 Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı  |     22:03 Azərbaycanda qadın sahibkarların sayı açıqlandı  |     21:56 “İnsan yeyən” milçək peyda olub - Alimlər həyəcan təbili çalır  |     21:50 Ötən ay karxanada xəsarət alan fəhlə öldü  |     21:42 "Həbsdən qaçış" izləyicilərinə şad xəbər  |     21:37 Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək  |     21:29 Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub  |     21:23 DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ  |     21:15 Tramp "Binance"ın qurucusunu əfv etdi  |     21:15 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ  |     21:10 Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA  |     21:03 Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?  |     20:56 Bakıda şadlıq evindən MEYİT TAPILDI  |    

Siqaret tüstüsü uşaqlara daha pis təsir edir - Evdə siqaret çəkəndə nə baş verir?

Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial şəbəkədə açıqladığı məlumatda bildirilir. Qeyd olunub ki, ikincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir.

Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir. Ona görə də ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun. Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin. Evdə siqaret çəkilməsinə yol verməyin. Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.

Siqaret tüstüsündən ayrılan tokiski maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdəmn incimə ehtimalı daha az olar.

Evinizdə külqabı və siqaret saxlamayın. Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.

Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan isə siqaret istifadəsinə bağlı səbəblərdən vəfart edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 09.01.21 20:55