Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ

09.01.2021 19:59 1 101
Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatına cavabında bildirilib.

“Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”, - deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cavabında qeyd edilir.скачать dle 11.3

Son xəbərlər