15:07 Paşinyan: "Vaşinqtonda əldə edilmiş razılaşmalar konkret nəticələr verən bəyannamələrdir"  |     14:46 Altı Azərbaycan vətəndaşı Suriyadan ölkəyə gətirilib  |     14:42 Şagirdlərin şəxsi məlumatları sosial şəbəkədə paylaşıldı - Məsul şəxslər CƏZALANDIRILDILAR (FOTO)  |     14:37 Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib  |     14:36 Bakıda bir qrup məktəbin adı DƏYİŞDİRİLDİ - SİYAHI  |     14:33 Bakıda tibb bacısı xəstənin qızıllarını OĞURLADI  |     14:25 Bəşir Süleymanlıya ittiham elan edilib  |     14:24 Emin Ağalarov Moskva vilayətindəki energetik içkilər istehsalı biznesindən çıxdı  |     14:22 İrandan Azərbaycana 35 kq narkotikin keçirilməsinin qarşısı alındı  |     14:20 Bakı metrosunda baş verən ölümün səbəbi MƏLUM OLDU  |     14:17 Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib? - FOTO  |     14:14 Sabah bütün sosial yardım və müavinətlər ödəniləcək  |     14:13 Küçədə iki nəfərə hücum edən dəstə üzvləri ilə bağlı qərar verildi  |     13:40 Azərbaycan neftinin qiyməti artıb  |     13:18 DİN radardan sonra sürətini artıran sürücülərə müraciət edib - Video  |     13:13 Kamçatkada 6 bal gücündə zəlzələ oldu  |     13:12 "Ford" bir milyondan çox avtomobili geri çağırır  |     13:11 Yupiter və Saturna bənzər iki planet kəşf edildi  |     13:06 Yasamalda sakinləri bezdirən durum: "Həyətdə tərpənməyə yer yoxdur" - Video  |     12:56 "Uşaqlar 3 gün soyuqda qaldılar" - Gəncə sakini qazın olmamasından şikayət etdi (Video)  |    

Şəhid olan iki hərbi qulluqçumuzun güzəştli mənzilləri ailələrinə təqdim edildi

Vətən Müharibəsində şəhid olan iki hərbi qulluqçumuzun güzəştli mənzilləri ailələrinə təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış iki hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini MİDA-nın öz öhdəsinə götürüb.

Belə ki, “Güzəştli mənzil” sistemində “ən azı üç il hərbi xidmətdə olan, həmçinin, ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 10.09.2020-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək ikiotaqlı mənzil seçiblər.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçimiz canından, qanından keçərək, şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Ölkə başçısının siyasətinə uyğun olaraq hər iki hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilib.

Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər.

Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            660 09.01.21 14:45