Mojo.az Banner
18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəcməddin Sadıqov villada ev dustağıdır - SENSASSİON AÇIQLAMA

08.01.2021 21:39 1 428
Nəcməddin Sadıqov villada ev dustağıdır -  SENSASSİON AÇIQLAMA
“Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs?”.

Median.Az
yenicag.az-a istinadən verir ki, bu fikirləri sayta açıqlamasında artıq 3 aydan çoxdur, barəsində çeşidli məlumatlar dolaşan Baş Qərargahın rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müəmmalı şəkildə “yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

Aqil Abbasın fikrincə, Nəcməddin Sadıkov hazırda villalarının birində ev dustağıdır:
Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı… Yəqin evində, villalarının birində ev dustağı olar.

Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.скачать dle 11.3
Mojo.az Banner