Mojo.az Banner
12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna, Koreya və Bolqarıstandan ət məhsullarının idxalına qadağa qoyulub

07.01.2021 20:01 1 371
Ukrayna, Koreya və Bolqarıstandan ət məhsullarının idxalına qadağa qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.

AQTA-dan verilən məlumata görə, təşkilatın 30 dekabr 2020-ci il və 4 yanvar 2021-ci il tarixli rəsmi məlumatları nəzərə alınaraq, Bolqarıstanın Blaqoyevqrad vilayətindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunması ilə bağlı AQTA tərəfindən 5 yanvar 2021-ci il tarixində müvafiq qərar qəbul edilib.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3
Mojo.az Banner