Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni quş növü aşkarlandı

07.01.2021 15:17 1 044
Azərbaycanda yeni quş növü aşkarlandı
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı ornitoloq Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının faunasında yeni quş növünü – üçbarmaq qağayını (latınca adı “Rissa tridactyla” - red.) aşkar edib.

Bu barədə “Report” AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, üçbarmaq qağayı cüllütkimilər dəstəsinin qağayılar fəsiləsinə mənsubdur. Azərbaycan faunasının yeni sakini – qağayının həyatı açıq su hövzələri ilə bağlıdır, Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur.

O, ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür.

Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır.

Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyuskalar təşkil edir, onları suya cumaraq əldə edirlər. Sahilə atılmış balıq torlarına ilişmiş heyvanat qalığından da həvəslə faydalanırlar.

Naxçıvan Muxtar Respublikası şəraitində üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner