Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sentyabrda Putini devirməyə çalışacaqlar, hazırlıq gedir” — ŞOK AÇIQLAMA

06.01.2021 23:45 942
“Sentyabrda Putini devirməyə çalışacaqlar, hazırlıq gedir” — ŞOK AÇIQLAMA
Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində bəyan edib ki, 2021-ci ilin sentyabrında prezident Putini hakimiyyətdən devirməyə cəhd edəcəklər.

Median.Az
bildirir ki, çevriliş cəhdi təşkilatçıları ABŞ və Böyük Britaniya olacaq: “Sentyabrda Dövlət Dumasına seçkilər keçiriləcək. Bu seçkilər əvvəlcədən qeyri-legitim və ədalətsiz elan olunacaq. Maydan hazırlığı başlanacaq”.

Markovun sözlərinə görə, ABŞ və Britaniya xüsusi xidməti ilə yanaşı böyük sayda Mərkəzlər, fondlar, KİV və siyasi qruplar bu prosesdə iştirak edəcək. Politoloqun sözlərinə görə, bunun üçün Praqada qərargah qurulacaq.

Markovun sözlərinə görə, Belarusda son hadisələr göstərir ki, vahid liderin mövcud olduğu mərkəzləşmiş hakimiyyət, bu iqtidarın ciddi uğurlar qazandığı barədə ekspert rəyləri həddən çox şişirdilib.

Politoloq deyib ki, bu qüvvələr Rusiyada siyasi rejimin zəif olduğu barədə nəticəyə gələ bilərlər.

Markovun fikrincə, Rusiyada Putinin tərəfdarları cəmlənmiş “Vahid Rusiya” və “Xalq Cəbhəsi” kimi siyasi strukturlar çalışmalıdır. “Amma o qurumlarda ciddi bürokratiya hökm sürür. Parlaq şəxsiyyətlər oradan uzaqlaşdırılıb”-deyə ekspert vurğulayıb.

Politoloqun sözlərinə görə, baş verən çoxsaylı siyasi hadisələrin fonunda bu qurumlar praktik olaraq heç bir reaksiya vermir.

“Belə adamlar belarus televiziyasında da var idi. Onlar Lukaşenkonu satdılar. Rusiya telekanallarında və KİV-lərində kifayət qədər çox sayda adamlar var ki, həlledici məqamda, Maydan başlananda Putini satacaqlar”-deyə Markov bildirib./azpost.infoскачать dle 11.3
Mojo.az Banner