14:32 İlkin Süleymanovun vəkili SAXLANILDI - FOTO  |     14:11 Dövlət xidmətinin müharibə iştirakçısı olan əməkdaşı vəfat edib  |     14:01 Zaqatalada oğlu döyülən atanın ÜRƏYİ PARTLADI  |     13:47 Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır  |     13:31 "Sputnik Azərbaycan"ın daha bir əməkdaşı sərbəst buraxıldı  |     12:49 Bakıda qadın tualetdə yıxılıb öldü  |     12:36 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu  |     12:35 Azərbaycanda hakimlərin seçilməsi prosedurları asanlaşdırılıb  |     12:18 Ermənistan ombudsmanına qarşı icraat başladılıb  |     12:17 Kənddə işləyəcək gənc müəllimlərə əlavə 2000 manat veriləcək  |     12:05 Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb  |     12:03 DSX-dən ƏMƏLİYYAT - Saxlanılanlar var (FOTO)  |     12:02 Gələn ildən gübrələrin idxalı ƏDV-dən azad ediləcək  |     11:48 Adıyamanda və Ərzurumda zəlzələ oldu  |     11:36 Beyləqandakı mal bazarında CİDDİ NÖQSANLAR aşkarlandı  |     11:26 Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb  |     11:25 Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək  |     11:14 İlin sonunadək iki dəfə Super Ay hadisəsi müşahidə olunacaq  |     22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |    

XİN: “Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir”

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir.

Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin Qarabağa səfəri ilə bağlı açıqlamasında deyib.

O xatırladıb ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb:

“Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir.

10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 05.01.21 19:51