Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Növbəti üç günün hava proqnozu açıqlanıb

02.01.2021 22:34 1 035
Növbəti üç günün hava proqnozu açıqlanıb
“Yaxın üç gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, qərb istiqamətli, 5-10 metr sürətli külək əsəcək, havanın temperaturu Aran rayonlarında, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcə isti, dağlarda isə gecə 5 dərəcə şaxtadan 7 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

“Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 5, gündüz isə 9-10 dərəcəyə yaxın isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 metr/saniyə, gündüz saatlarında arabir 15 metr/saniyə olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyədək şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq”.скачать dle 11.3
Mojo.az Banner