Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO

02.01.2021 18:08 2 682
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Yeni il gecəsi sosial şəbəkələrdə Rusiya sülhməramlısının təxribat yönlü çıxışının qeydə alındığı video yayıldı.

“Caliber” həmin videonu təqdim edib.

Kadrlarda öz çıxışına “əziz ermənilər” deyərək başlayan hərbçinin onları heç nədən qorxmamağa çağırdığı görünür. Onun sözlərinə görə, rusiyalı hərbçilər buranı “nizama salacaq”, “onlar ermənilərin yanındadırlar” və “xeyir mütləq şərə qalib gələcək”.

Sərxoş hərbçinin nitqindən belə məlum olur ki, “xeyir” - erməni terrorçulardır, “şər” isə Azərbaycan ordusunun qalib əsgərləridir.

Çıxışının sonunda hərbçi erməniləri Laçına qayıtmağa çağırır və bu zaman şəhəri “Berdzor” adlandırır.

Videonun sonunda ehtimal ki, intizam cəzasından qorxan hərbçi əlindəkinin içki deyil, kompot olduğunu deyir.

Şübhə etmirik ki, bu çıxışından sonra qeyri-adekvat hərbçinin Azərbaycan ərazisində qalması məsələsi təkcə onun bilavasitə rəhbərliyi tərəfindən deyil, Bakı və Moskvanın müvafiq strukturlarının xətti ilə də həll olunacaq.
скачать dle 11.3
Mojo.az Banner