Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ordumuzun gəldiyini Şuşa türməsində eşitdim" - Dilqəm Əsgərov

30.12.2020 23:32 966
"Hələki özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən elə birinci gündən vətənə qayıdacağıma inanırdım.”

Bu sözləri erməni əsirliyindən azad olunan Dilgəm Əsgərov unikal.org-a açıqlamasında bildirib. O, qeyd edib ki, ermənilər əsirlikdə onlara işgəncə veriblər:

"Mən türmədə ermənilərə də deyirdim ki, gec-tez Azərbaycan əsgəri gələcək.Bu gün xoşbəxtəm ki, ordumuz gözəl torpaqlarımızı azad etdi.Qarabağımız, Kəlbəcərimiz azad oldu.Bundan böyük sevinc ola bilməz.Allah şəhidlərimizə rəhmət eləsin.Prezidentimizə də bizi vətənə qaytardığı üçün təşəkkür edirəm. Ermənilər məni təzə tutanda işgəncə verdilər. Hər əlimdən bir barmağımı sındırdılar. Bədənimə elektrik cərəyanı qoşdular. Mən Şuşa türməsində idim. Atışma olanda eşidirdim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə bizə radio vermişdilər. Ordumuzun hücuma keçməsini də radiodan eşitmişdim. Cənab prezidentimizin çıxışlarını dinləyirdim. İnanın səmimiyyətimə Ali Baş Komandanımızın "Nə oldu Paşinyan” deməyini eşitdikcə qürur duyurdum. Əsgərlərimiz Şuşaya çatanda gecə ilə məni çıxarıb Gorusa apardılar. Oradan da Yerevana gətirdilər. Azərbaycana qayıtdığıma görə çox xoşbəxtəm. "скачать dle 11.3
Mojo.az Banner