16:34 Ötən gün axtarışda olan 136 nəfər saxlanıldı  |     16:12 Mobil telefonlar bahalaşacaq - Video  |     16:01 Rusiyanın Belqorod su anbarının bəndi ciddi zədələndi: Təxliyə elan edildi  |     15:50 Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu  |     15:37 Sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs TUTULDU  |     15:21 Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb  |     15:14 Yük maşını iribuynuzlu mal-qaranı vurdu  |     15:09 Dələduzluq edən şəxslər saxlanıldı  |     15:08 Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib  |     15:07 Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: "Yarım iş vahidində çalışır" - Video  |     15:02 COVİD və qriplə qarışdırılır, çox sürətlə yayılır - Ölümcül xəstəlik geri qayıtdı  |     14:48 Bacı-qardaş arasında sədr qalmaqalı - Fəzail Ağamalı oğlunu qovdu  |     14:32 Kiberpolis 5 dəstəni ifşa etdi - Video  |     14:27 Elman Nəsirov qızının yaydığı videodan danışdı  |     14:24 “Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...”  |     14:21 Sabah hava necə olacaq?  |     14:20 Oktyabr ayının bütün ödənişləri yekunlaşıb  |     14:19 Şirvanda dələduzluq edən şəxs saxlanılıb  |     14:14 Gecə saatlarında yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunublar - Video  |     14:10 Paytaxtda Amerika ağ kəpənəklərinə qarşı profilaktik işlər davam edir  |    

Hamiləlik zamanı koronavirusa yoluxma körpəyə necə təsir edir? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyə verib.

Onun sözlərinə görə, COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır, bu səbəbdən hamiləlik zamanı koronavirusa yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.

S.Məmmədova bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır:

“Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.

Ana südü ilə virusun yoluxması sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır.

ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur.

Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19-da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.

Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            912 30.12.20 16:21