Mojo.az Banner
15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sinovac” vaksininin üstünlükləri açıqlandı

28.12.2020 23:28 918
“Sinovac” vaksininin üstünlükləri açıqlandı
COVİD-19-a qarşı Çində hazırlanmış "Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

Median.Az xəbər verir ki, İndoneziya və Türkiyədə indiyədək "Sinovac” vaksinin ən yüksək effektivlik faizi qeydə alınıb.

Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei iyul ayından etibarən Çində bu vaksindən istifadə edildiyini bildirib: "1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb".

Vasksinin əsas üstünlükləri bunlardan ibarətdir:

- sürətli immun cavab reaksiyası;
- öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);
- daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;
- soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır (Pfizer 70 dərəcədə saxlanılmalıdır).

Rəsmi məlumatlara əsasən, artıq Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bu kimi 100-dən çox dövlət "Sinovac” vaksinini sifariş edib.

İstehsalçı "Sinopharm” şirkətinin məlumatlarına görə, artıq 500 milyon doza vaksin istehsal olunub.

Vaksinin effektiv istifadəsi nəticəsində hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir. (modern.az)скачать dle 11.3
Mojo.az Banner