Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şirvanda vəzifəli şəxslərin istintaqı məhkəməyə göndərilib

28.12.2020 18:58 753
Şirvanda vəzifəli şəxslərin istintaqı məhkəməyə göndərilib
Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə istintaq edilmiş cinayət işi məhkəməyə göndərilib..

Baş Prokurorluqdan verilən məlumata görə, Şirvan Şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinin rəisi Vəliyev Aqil Rəhimdil oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aqil Vəliyevin və müəssisənin baş mühasibi Şərbətov Tural Kamil oğlunun qabaqcadan əlbir olaraq 2016-2019-cu illərdə müəssisəyə ümumilikdə 92 nəfər şəxsi işə qəbul olunmuş kimi rəsmiləşdirməklə, həmin şəxslərin adına olan plastik hesab kartlarına köçürülmüş ümumilikdə 186 min 773 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Aqil Vəliyev və Tural Şərbətova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

İstintaq zamanı cinayət nəticəsində dəymiş 186 min 773 manat məbləğində maddi ziyanın dövlət büdcəsinə tam həcmdə ödənilməsi təmin edilib.скачать dle 11.3
Mojo.az Banner