190 manat verilir, kartınızı yoxlayın
Birdəflik ödəmənin dekabr ayı üçün verilməsinə başlanılıb. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur.
Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir.
Ayın sonuna qədər prosesin yekunlaşdırılması planlaşdırılır.