14:54 Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi  |     14:49 Hakan Fidanın müavini Bakıya gəlib  |     14:41 Evdən 15 500 manat oğurlandı  |     14:40 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olundu  |     14:34 Dövlət komitəsinin sektor müdiri vəfat etdi  |     14:22 Tramp Rusiyanın "Burevestnik" raketlərinin sınaqlarına münasibət bildirib  |     14:16 Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək  |     14:10 MTV ilə bağlı cərimə protokolu yazıldı - Bu verilişə görə  |     14:02 Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb  |     13:57 Bakıda 2 nəfərin barmağına üzük sıxışdı, nazirlik köməyə çatdı  |     13:53 XƏBƏRDARLIQ - Bakıdakı bu binalarda divara bir mismar belə vurmaq olmaz!  |     13:45 Bakıda unudulan abidələr "yenidən kəşf olunur" - Siyahı 24 ildən sonra yenilənir  |     13:40 Qızılın qiyməti enib, gümüş bahalaşıb  |     13:32 Səngəçalda dağda köməksiz qalan şəxs xilas edilib - Video  |     13:27 "Instagram"da yenilik - artıq videolara...  |     13:19 Sumqayıtda qadın keçmiş ərini döydürüb? - İDDİA ( VİDEO)  |     13:13 Ramazan ayı bu tarixdə başlayacaq  |     13:06 Qəbələdə ağır qəza: 74 yaşlı qadın öldü  |     13:05 Bağça müəllimlərinin işə qəbul üzrə keçid balı AÇIQLANDI - FOTO  |     13:05 İndoneziyada zəlzələ baş verib  |    

Özünü prokurorluq əməkdaşı kimi qələmə verərək dələduzluq edən şəxs həbs olundu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluqdan verilən məlumata görə, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib. Sonuncuya məxsus beş min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda törədilmiş cinayətin təfərrütının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 25.12.20 16:22