14:54 Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi  |     14:49 Hakan Fidanın müavini Bakıya gəlib  |     14:41 Evdən 15 500 manat oğurlandı  |     14:40 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olundu  |     14:34 Dövlət komitəsinin sektor müdiri vəfat etdi  |     14:22 Tramp Rusiyanın "Burevestnik" raketlərinin sınaqlarına münasibət bildirib  |     14:16 Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək  |     14:10 MTV ilə bağlı cərimə protokolu yazıldı - Bu verilişə görə  |     14:02 Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb  |     13:57 Bakıda 2 nəfərin barmağına üzük sıxışdı, nazirlik köməyə çatdı  |     13:53 XƏBƏRDARLIQ - Bakıdakı bu binalarda divara bir mismar belə vurmaq olmaz!  |     13:45 Bakıda unudulan abidələr "yenidən kəşf olunur" - Siyahı 24 ildən sonra yenilənir  |     13:40 Qızılın qiyməti enib, gümüş bahalaşıb  |     13:32 Səngəçalda dağda köməksiz qalan şəxs xilas edilib - Video  |     13:27 "Instagram"da yenilik - artıq videolara...  |     13:19 Sumqayıtda qadın keçmiş ərini döydürüb? - İDDİA ( VİDEO)  |     13:13 Ramazan ayı bu tarixdə başlayacaq  |     13:06 Qəbələdə ağır qəza: 74 yaşlı qadın öldü  |     13:05 Bağça müəllimlərinin işə qəbul üzrə keçid balı AÇIQLANDI - FOTO  |     13:05 İndoneziyada zəlzələ baş verib  |    

İsmayıllıda dəhşətli cinayətin təfərrüatı: Sevgi münasibətində olduğu qızla...

Dekabrın 20-də İsmayıllı rayonunda 18 yaşlı Fərid Musayevin həmyaşıdı tərəfindən öldürülməsi ilə bağlı detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Musayev sevgi münasibətində olduğu qızın Səxavət Məsimli ilə də telefonda danışdığını eşidib.

İlkin məlumata görə, F. Musayev Sumqayıt şəhərində yaşayan S.Məsimliyə zəng edərək həmin qızla niyə danışdığını soruşub və bunu ona irad kimi bildirib. Səxavət qızla danışmadığını deyəndə Fərid onu söyüb. Bundan sonra gənclər söhbəti aydınlaşdırmaq üçün İsmayıllı rayonunda parkda görüşüblər. Səxavət görüş üçün Sumqayıtdan İsmayıllıya gəlib. Dekabrın 20-də saat 17 radələrində görüş baş tutub, iki saata yaxın söhbət ediblər. Yekunda Səxavət Məsimli qızla heç vaxt danışmadığını bildirib və telefonla danışarkən söydüyü söyüşə görə Fəridin üzr istəməsini tələb edib.

Fərid Musayev isə üzr istəməyəcəyini bildirib. S.Məsimli istintaqa ifadəsində deyib ki, Fərid ondan üzr istəmədiyi üçün üzərində gətirdiyi bıçaqla onu vuraraq qətlə yetirib.

S.Məsimli barəsində məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Şəki istintaq təcridxanasında saxlanılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 24.12.20 14:15