23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

Türkiyə parlamenti Azərbaycanla imzalanan vacib sənədi təsdiqlədi

“Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığa söykənən “bir millət, iki dövlət” ruhu ilə müəyyən olunan münasibətlərimiz, hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər münasibətlərimizin arxasında duran ən əhəmiyyətli qüvvədir”.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisində MHP-nin İğdır millət vəkili Yaşar Karadağ Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən bildirib.

Karadağ Türkiyə Respublikası olaraq hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və bundan sonra da belə olacağını deyib:

“Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək üçün 44 günlük İkinci Qarabağ Müharibəsində böyük bir qəhrəmanlıq nümunəsi sərgilədi, işğal olunmuş əraziləri xilas etdi və dünyanın laqeyd qaldığı zülmü sona çatdırdı”, - deyə millət vəkili bildirib.

CHP-nin İzmirdən millət vəkili Mahir Polat isə 2020-ci ilin fevralın 25-də Preferensial Ticarət Sazişinin protokollarının imzalandığını xatırladıb və bu zaman ərzində görülən işlərdən danışıb.

Müzakirələrdən sonra, “Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi” Böyük Millət Məclisində qəbul edilib.

Təklif qəbul edildikdən sonra Türkiyə Böyük Millət Məclisinin iclası yekunlaşıb.

Preferensial rejim nədir?

Preferensial rejim malların hərəkətində tariflərin azaldılması və ya ləğvi, qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəfdən bu saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlükdür.

Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsindən ibarətdir.

Eyni zamanda, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da buraya daxildir.

Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            702 23.12.20 14:15