Mojo.az Banner
14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Pandemiya ilə əlaqədar səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi artırılıb - RƏSMİ

23.12.2020 14:05 1 992
Pandemiya ilə əlaqədar səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi artırılıb - RƏSMİ
Növbəti ildə pandemiya ilə əlaqədar sanitar-epidemioloji tədbirlərlə bağlı xərclərin həcmi artırılıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2020-ci illə müqayisədə bu sahəyə 0,4 milyon manat və ya 0,8 faiz çox vəsait ayrılıb.

Bildirilib ki, pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 milyon manat vəsait proqnozlaşdırılıb.

Eləcə də, əlavə edilib ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə sahəsində dövlət proqramlarının və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 198,5 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin xəstələrə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə, xəstəliklərin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsinə yönəldilməsi planlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner