Mojo.az Banner
21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan prezidenti: “Qafqaz platforması”na münasibətdə passiv olmayacağıq

21.12.2020 23:26 913
Gürcüstan prezidenti: “Qafqaz platforması”na münasibətdə passiv olmayacağıq
“Bu il bölgəmizdəki münaqişə əsas problemlərdən biri oldu. Regionda sülhün bərqərar olmasını bir daha alqışlayıram. Əmin-amanlıq yalnız bizim və qonşularımız üçün deyil, bölgədəki hər üç ölkə üçün həyati əhəmiyyətə malikdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunları Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xaricdəki diplomatik missiyaları rəhbərlərinin onlayn formatda keçirilən konfransında deyib.

O, bölgənin tərəqqisi və inkişafının sülh və sabitlikdən asılı olduğunu bildirib.

S.Zurabişvili Gürcüstanın regionda sülhə nail olmaq istiqamətində iştirak etməməsindən təəssüfləndiyini qeyd edib: “Gürcüstanın tarixi rolu əsrlər boyu hamını hər zaman bir araya gətirməyə imkan verib. Buna görə də əminəm ki, Gürcüstan “Qafqaz platforması”nın yaradılması təşəbbüsünə münasibətdə passiv olmayacaq. Ümid edirəm, 2021-ci il ölkəmizin bu mənada dirçəliş ili olacaq”.скачать dle 11.3
Mojo.az Banner