Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilərin uzun illər terror aləti kimi istifadə etdiyi Sərsəng su anbarı ilə bağlı VACİB AÇIQLAMA

21.12.2020 17:47 2 064
Ermənilərin uzun illər terror aləti kimi istifadə etdiyi Sərsəng su anbarı ilə bağlı VACİB AÇIQLAMA
“Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit həmişə çirkləndirilib, ermənilər bilərəkdən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaradıb, həmçinin, bu anbarlarda suyu yayda saxlayıb və qışda bəndləri açaraq əkin sahələrini, kəndləri suya basıblar”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, indiyə kimi ətraf ərazilərdə, anbarın bənd hissəsində dağıntı riski ola biləcək yerlər müəyyənləşdirilməyib:

“Qəza riski olan ərazilərin seysmoloji-geofiziki tədqiqatı aparılmayıb. Uzun illərdir ki, vəhşi ermənilər tərəfindən istismar olunduğundan Sərsəng bəndinin texniki cəhətdən hansı vəziyyətdə olması yoxlanılmalıdır. Qeyd edək ki, Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub.

Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb. Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilib. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.

Sərsəng su anbarı respublikanın altı rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətdədir.

Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi vardır, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməlidi, qabaqlayıcı mühəndisi texniki tədbirlər görülməlidir. Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır.

Ərazinin seysmikliyi burada sürüşmə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır”.

“Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılır.

Su anbarı kompleksinə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə, bənddə qəza riskinin seysmoloji-geofiziki üsullarla öyrənilməsinə çox ehtiyac var.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilir, o cümlədən, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Mingəçevir və Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığı öyrənilir.

Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdir”, - deyə o qeyd edib.
скачать dle 11.3
Mojo.az Banner