Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

44 günlük Vətən Müharibəsində çalışan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ

18.12.2020 14:23 1 575
44 günlük Vətən Müharibəsində çalışan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ
44 günlük Vətən Müharibəsi dövründə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən yaralılara göstərilən xidmət və iş bölgüsü barədə məlumat verilib.

Bu barədə BŞT və TTYS-nın baş həkimin müavini İradə Əliyeva deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən Azərbaycan Respublikası ərazisində Vətən müharibəsinin başlanması ilə bağlı döyüş zonalarına yaxın olan rayonlarda təcili tibbi xidmət göstərilməsi məqsədi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi səfərbər olub:

“Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçiləri növbə ilə döyüş bölgələrinə ezam edilərək, yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin, helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak ediblər”.

İ.Əliyeva cəbhə bölgəsində yaralanan hərbiçilərimiz COVID-19 virusuna qarşı hər hansı müayinədən keçirilməsində də danışıb:

“Hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq COVID-19 virus infeksiyasının aşkarlanması məqsədilə kütləvi yaxmaların götürülməsi, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi olaraq növbətçiliklərin icrası da təcili yardım briqadaları tərəfindən həyata keçirilib.

Təcili yardım işçiləri, eyni zamanda, arxa cəbhədə də COVID-19 virus infeksiyası ilə mübarizə aparıblar. Belə ki, virus infeksiyasına yoluxmuş xəstələrə ilkin tibbi yardımın göstərilməsi, ehtiyac olduğu halda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib”.скачать dle 11.3
Mojo.az Banner