Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik I oxunuşda təsdiqləndi

18.12.2020 13:48 735
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik I oxunuşda təsdiqləndi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişikliklə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara vəzifə maaşının altı misli qədər birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.

Sənədə əsasən, xitam vermə ilə bağlı həmin bəndlər aşağıdakılardır:

- yaş həddinə çatdığına görə;

- pensiyaya çıxmaq hüquqi verən xidmət illərinə görə;

- təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə;

- vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;

- müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə;

Xatırladaq ki, hazırda qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara xidmət illərindən asılı olaraq (10 ilə qədər — aylıq vəzifə maaşının 5 mislində; 10 ildən 15 ilə qədər —aylıq vəzifə maaşının 10 mislində; 15 ildən 20 ilə qədər — aylıq vəzifə maaşının 15 mislində; 20 ildən yuxarı — aylıq vəzifə maaşının 20 mislində) birdəfəlik müavinət verilir.

Bundan başqa, Əsasnamənin 95-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı normativ-hüquqi aktlarla tənzimlənəcək. Hazırda pul mükafatları gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq verilə bilər.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər