Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşada işlərə başlayıb

17.12.2020 20:39 1 302
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşada işlərə başlayıb
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrindən ibarət heyət Şuşa şəhərindədir və orada qiymətləndirmə işləri aparılır. Bu, gələcək planlarımızı həyata keçirmək üçün lazımdır”.

“Report” xəbər verir ki, bunu Komitənin sədr müavini İlqar İsbatov bildirib.

“Şuşadakı mənzil fondunun, məktəblərin, bağçaların, xəstəxanaların və digər infrastruktur obyektlərinin vəziyyətini qiymətləndirməliyik, ən əsası isə şəhərin tarixi-mədəni abidələrinin vəziyyətini öyrənməliyik. Bu istiqamətdə mütəxəssislər qruplara bölünüb və hər kəs öz sahəsi üzrə işlərlə məşğuldur. Erməni vandallarının Şuşada törətdiyi dağıntılar çox böyük təəssüf doğurur. Bu gün şəhərdəki mədəni abidələrimizi dağılmış vəziyyətdə görmək ağrıdıcıdır. Bütün işğaldan azad edilmiş ərazilər üzrə Fəaliyyət Planı müəyyənləşdirmişik. İlk növbədə, ərazi planlaşdırma sənədlərinin hazırlanmasını düşünürük. Bu iş bir neçə mərhələli olsa da, biz onu qısa müddətdə yekunlaşdırmağı düşünürük”, - o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner