Mojo.az Banner
15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş nazirdən övladlığagötürmə ilə bağlı vacib qərar

16.12.2020 21:50 1 017
Baş nazirdən övladlığagötürmə ilə bağlı vacib qərar
Nazirlər Kabineti "Azərbaycan Respublikası Prezidentinin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” və "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq tələblərinə əməl olunmasını təmin etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.скачать dle 11.3
Mojo.az Banner