Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“Minsk Qrupu Azərbaycan xalqından üzr istəməlidir” - AÇIQLAMA

16.12.2020 17:03 816
“Minsk Qrupu Azərbaycan xalqından üzr istəməlidir” - AÇIQLAMA
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı.

ATƏT-in Minsk Qrupu ötən 28 ildəki yarıtmaz fəaliyyətinə görə BMT və beynəlxalq hüquq, eləcə də, ötən illər ərzində işğal səbəbindən hüquq və haqqı tapdalanan Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır”.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Məlum münaqişənin həlli istiqamətində heç bir əməli nəticə əldə etməyən ATƏT-in Minsk Qrupunun hazırkı cəhdlərinin sağlam niyyətli olmasına şübhə ilə yanaşdığını diqqətə çatdıran Hulusi Kılıç deyib:

“Prezident İlham Əliyevin həmsədrlərlə açıq və qəti şəkildə danışması məni son dərəcə qürurlandırdı. Müzəffər Ali Baş Komandanın fikirləri təkcə Azərbaycan və Türkiyə xalqlarının deyil, bütövlükdə sülhsevər dünya ictimaiyyətinin mövqeyi kimi başa düşülməlidir. Şahidi olduqlarımız dünyadakı münaqişələrin həlli ilə məşğul olan xüsusi statuslu bütün səlahiyyətlilər üçün mənəviyyat dərsidir.

İndi hər kəsi maraqlandıran mühüm bir sual var: Həmsədrlər Bakıya nə üzlə gəlir və istədikləri nədir? Ötən dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını düşmənə vermək üçün daha nələr etmədilər ki? Əgər 28 illik zamanımızı qəsb edən həmsədrlər bu suallara səmimi və inandırıcı cavab versələr o zaman bəlkə niyyətlərinin təmiz olduğu barədə rəy formalaşdırmaq üçün ilk addımları atarlar”.

Səfir deyib ki, Azərbaycan ordusu 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. İndi söz də, hökm də Azərbaycanındır. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Azərbaycan xalqından, xüsusilə də şəhid ailələrindən və qazilərdən üzr istəməlidir.скачать dle 11.3
Mojo.az Banner