Mojo.az Banner
23:02 45 yaşlı aktyor evində ölü tapıldı  |     22:51 "Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq  |     22:46 Azərbaycana düyü idxalı azalıb  |     22:40 Dənizin ortasında susuzluqdan öldülər  |     22:34 İran hərbi çağırış yaşını 12-yə endirdi  |     22:27 Salah A Seriyasına qayıda bilər  |     22:20 Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi  |     22:15 "Bu sözüm sənətçilərin xətrinə dəyir" - Zamiq Hüseynov  |     22:06 İranda su anbarı atəşə tutuldu  |     22:01 Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı  |     21:56 Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR  |     21:48 İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var  |     21:42 Azərbaycandan Rusiyaya ixrac artıb  |     21:37 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - AÇIQLAMA  |     21:31 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı  |     21:24 "Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik"  |     21:19 Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?  |     21:08 Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - Video  |     21:00 Hakan Fidan Pakistana səfər edəcək  |     20:54 Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanın prinsipial zəfəri davam edir: Mübariz, Ramil, Dilqəm, Şahbaz, Amin... - ŞƏRH

15.12.2020 21:07 1 587
Azərbaycanın prinsipial zəfəri davam edir: Mübariz, Ramil, Dilqəm, Şahbaz, Amin... - ŞƏRH
Noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Prezidenti Vladimir Putin, eləcə də, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın imzaladığı birgə Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

Bu proses çərçivəsində münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan müharibə vaxtı əsir düşən hərbçiləri və girov saxlanılan mülki şəxsləri mübadilə etməli idi. 44 günlük müharibə vaxtı ölmüş hərbçilərin mübadiləsi prosesinə isə hələ daha öncədən başlanılmışdı.

İstər cəsədlərin, istərsə də hərbi əsir və girovların mübadiləsində Beynəlxalq Qırmızı Xaç Komitəsi yaxından iştirak edir. Həmçinin, Rusiya Prezidenti Vladimir Putin də bu prosesin problemsiz həyata keçirilməsi üçün sülhməramlılar vasitəsilə dəstək verəcəyini açıqlayıb.

Atəşkəs başa çatdıqdan sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsirliyində və girovluğunda olan vətəndaşların geri qaytarılması üçün lazımi prosedurları həyata keçirməyə başladı.

Macarıstanın paytaxtı Budapeştdəki həbsxanadan Ramil Səfərovun 2012-ci ildə Azərbaycana ekstradisiyası və sonra əfv olunması, 2010-cu ildə Tərtər rayonu ərazisində böyük şücaət göstərərək, erməni hərbçilərini məhv etmiş gizir Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılması ölkə başçısı İlham Əliyevin gördüyü işlərin nəticəsidir.

Məhz bu faktlar kimi 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun da Azərbaycana ekstradisiyası daim dövlətimizin diqqət mərkəzində olub.

Girovların qaytarılması məsələsi gündəmə gələndən daim bu iki azərbaycanlı mülki şəxsin ölkəmizə qaytarılması müzakirə obyekti olub.

Artıq məlum olduğu kimi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən Şahbaz Quliyev və Dilqəm Əsgərovun ölkəmizə gətirildiyini açıqlayıb.

Onlar Dağlıq Qarabağın ermənilərin əlində olan rayonlarında və Laçın dəhlizində müşahidə funksiyasını aparan Rusiya sülhməramlı missiyasının rəhbəri, general-leytenant Rüstəm Muradovla bir təyyarədə vətənə qaytarılıb.

Həmçinin, cəmiyyətimizi narahat edən məqamlardan biri də hərbçi Amin Musayevin əsirlikdən qurtarılması ilə bağlı olub. Xatırlayırsınızsa, Amin Musayevin yaralı vəziyyətdə əsir düşdüyü, tibbi yardım maşınında ona işgəncə verilməsi ilə bağlı internet resurslarında görüntülər yayılmışdı. Bu səbəbdən 26 yaşlı Aminin Azərbaycana qaytarılması da prinsipial məsələyə çevrilmişdi.

Ölkəmiz məhz prinsipiallıq göstərərək, onun da qaytarılmasını təmin etdi. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün açıqladığı 12 nəfərdən ibarət hərbi əsirlikdən azad olunmuş şəxslərin içərisində 10-cu sırada onun da adı vardı.

Ümumiyyətlə, Azərbaycan Respublikası 10 noyabr birgə Bəyanatının müddəalarında üzərinə düşən vəzifələri dürüstlüklə icra etməkdə davam edir. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu razılığın nəticəsi olaraq Azərbaycan Ermənistan tərəfinə 44 hərbi əsir və mülki şəxs qaytarıb.

Sonuncu fakt da Azərbaycan tərəfinin birgə Bəyanatın tələblərinə tam riayət edəcəyinə dair heç kimdə şübhə qalmamalı olduğunu göstərir. Azərbaycan hərbçilərimizə əsir və girov düşmüş bütün erməniləri qaytarmaqla bu inamı artıqlaması ilə doğrulda bilib. Həmçinin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə qaytarılması Azərbaycanın prinsipial zəfərinin təzahürüdür.скачать dle 11.3
Mojo.az Banner