Mojo.az Banner
20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |     20:22 Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı  |     20:14 "iPhone 18" Azərbaycanda neçəyə satılacaq? - Qiymətlə bağlı iddia  |     20:09 Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)  |     20:01 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?  |     19:56 General Ermənistan vətəndaşlığından imtina etdi  |     19:50 “Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO  |     19:42 Sabah Bakıda yağış yağacaq  |     19:37 İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi  |     19:30 Koxalski hansı kluba gedir? - “Qarabağ”a ödəniləcək təzminat bəlli oldu  |     19:24 Dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarılıb  |     19:15 Həyətində narkotik yetişdirən şəxs tutuldu  |     19:10 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb  |     19:03 Göyçayda 3 aylıq körpə anasının qucağından yıxılıb öldü  |     18:57 Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək  |     18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |    
Left Banner
Right Banner

Tofiq Abbasov: "Sülhməramlıların siyasətə cəlb edilməsi yolverilməzdir"

14.12.2020 21:34 2 730
Tofiq Abbasov:
“Xocavənd rayonunda baş verənlər böyük təəssüf, habelə təəccüb doğurur. Orada qalan erməni quldur dəstələrinin azərbaycanlı hərbçilərə, dinc sakinlərə hücum etdiklərini görürük. Digər tərəfdən, Qarabağdakı Rusiya sülhməramlılarının da davranışı böyük narahatlıq doğurur”.

Bu fikirləri “Report”la söhbəti zamanı politoloq Tofiq Abbasov dilə gətirib.

“Əslində bu sülhməramlılar öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Erməni quldur dəstələrinin həmin o hücumundan dərhal sonra rusiyalı sülhməramlılar müvafiq tədbirlər görərək onların qarşısını almalıdılar. Belə ki, onlar müvəqqəti idarə qurumları ilə təmasdadırlar və qəfildən ortaya çıxan məsələlərə çevik cavab vermək bacarıqlarını nümayiş etdirməlidilər. Lakin erməni yaraqlılarına qarşı lazımi addımlar atmaq əvəzinə, rusiyalı sülhməramlılar daha çox xəritəyə diqqət yetirərək öz fəaliyyət dairəsini genişləndirməyə, bununla da Azərbaycan Ordusunun addımlarını məhdudlaşdırmağa girişdilər. Bununla da öz öhdəliklərinə daban-dabana zidd hərəkətlərə yol verdilər”, - deyən politoloq sülhməramlıların tarazlı və bitərəf fəaliyyət göstərməli olduqlarını vurğulayıb.

“Fikrimcə, Rusiya tərəfi bu məsələdən ən yüksək səviyyədə, yəni Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə yanaşı, məlum birgə bəyanata imza atmış prezident səviyyəsində xəbərdar edilməlidir. Rusiyalı sülhməramlıların qanunsuz hərəkətlərinə lazımi cavab vermək üçün Azərbaycanın əlində hər cür imkanlar və hüquqi baza var. Belə ki, sülhməramlılar artıq siyasətə cəlb olunmağa başlayır, buna yol vermək olmaz. Onlar öz səlahiyyətlərini aşırlar”, - deyən ekspertin qənaətincə, bu hadisələrdə Rusiyada Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə qısqanclıq bəsləyən bəzi dairələrin dəst-xətti sezilir:

“Lakin rəsmi Moskva ilə rəsmi Bakı arasında davamlı, ölçülüb-biçilmiş münasibətlərin olduğunu da bilirik. Ona görə də Rusiyada ayrı-ayrı qüvvələr tərəfindən özbaşınalıq edilərək Ermənistana altdan dəstək vermək, onların işğalçı niyyətlərinə züy tutmaq Rusiyanın Azərbaycanla münasibətlərinə zərər vurur. Bunlara göz yuma bilmərik. Və bütün bu hadisələr ətraflı araşdırılmalıdır”.скачать dle 11.3
Mojo.az Banner