Mojo.az Banner
SON DƏQİQƏ
14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Kamil Zeynallı bir ay müddətinə həbs edildi - YENİLƏNİB

14.12.2020 18:37 2 619
Kamil Zeynallı bir ay müddətinə həbs edildi - YENİLƏNİB
Kamil Zeynallı bir ay müddətinə həbs edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında baş verib:

“K.Zeynallı Kəlbəcərə getmək istəyib. O, Göygöldə saxlanılıb. Polis əməkdaşları izah edib ki, işğaldan azad edilən Kəlbəcərə hazırda mülki şəxslərin getməsi qadağandır. Kamil Zeynallı təkid edib”.

Qeyd edilib ki, saxlanılan K.Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, iş baxılması üçün Göygöl rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Zeynallı bir ay müddətində inzibati qaydada həbs edilib.

* * * * *

Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib.


O Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.

O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.

Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb.скачать dle 11.3

Son xəbərlər