Mojo.az Banner
17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobuslar saat neçəyə qədər işləyəcək? - AÇIQLAMA

14.12.2020 17:59 1 185
Avtobuslar saat neçəyə qədər işləyəcək? - AÇIQLAMA
Məlumdur ki, hərbi vəziyyətin tətbiq edildiyi dövrdə komendant saatı tətbiq edilən ərazilərdə ictimai nəqliyyat axşam saat 21:00-a qədər işləyib. Bu gün isə sərnişinləri maraqlandıran əsas məsələ sərt karantin dövründə avtobusların hansı saata qədər işləyəcəyidir. Sürücülər isə sərnişinlərə bu barədə məlumatlı olmadıqlarını bildirirlər.

Qafqazinfo məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrənib.

O bildirib ki, paytaxtda sərnişindaşımaların təşkili ilə bağlı bütün zəruri tədbirlər görülür:

“Bildiyiniz kimi, hazırda müntəzəm xətlərlə yanaşı, ekspress xətlər üzrə də avtobuslar fəaliyyətdədir. Adi rejimlə müqayisədə 20 % daha çox avtobus xətlərə buraxılıb. Komendant saatı artıq ləğv edildiyindən avtobuslar hərbi vəziyyətə qədər ki dövrə uyğun qrafiklə çalışır.

Yəni müntəzəm xətlər sərnişin axınına uyğun olaraq gecə saat 23:30 bəzən daha artıq müddətə ekspress xətlər üzrə isə 21:00-a qədər çalışır. Amma bəzən ekspress xətlər də 21:30-dək çalışır.

Sərnişindaşımaların əsasən avtobuslarla icra olunduğu indiki vaxtda avtobusların sərbəst hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar.

Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, postlar ətrafında da sıxlıqlar yaranmasın”.скачать dle 11.3
Mojo.az Banner