14:28 "Whatsapp" istifadəçilərinə xəbərdarlıq: Bunu etməsiniz, hesabınıza girəcəklər  |     14:15 Paşinyan Fransaya işgüzar səfərə yola düşüb  |     14:07 Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb - Video  |     14:00 Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib  |     13:53 Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq - Foto  |     13:49 Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxslər TUTULDULAR  |     13:48 AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır  |     13:44 Meksika ABŞ səfirini çağırdı - SƏBƏB  |     13:41 İsmayıllıda kitabxana müdiri vəfat edib - FOTO  |     13:39 Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu  |     13:38 Rəsmi Bakı: "Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq" - FOTO  |     13:37 Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi  |     13:34 Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionu tikiləcək  |     13:15 37 yaşlı qadın əməliyyatdan sonra səhhətində fəsadların yarandığını İDDİA EDİR - Tanınmış cərrahdan ŞİKAYƏT (Vİdeo)  |     12:58 DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı  |     12:51 Bu gün maqnit qasırğası olacaq: Xəbərdarlıq  |     12:28 Lənkəranda şərab evində normativ tələblər pozulub - FOTOLAR  |     12:19 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılışında - FOTOLAR  |     12:15 Rəfael Abbasov dəfn edildi  |     12:05 Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanıldı  |    

TƏBİB təcili yardım sahəsində Türkiyə ilə əməkdaşlıq edəcək

Dekabrın 11-də TƏBİB-in rəhbər heyəti ilə “Türkiyə Acil Tıp Derneği”nin (TATD, www.tatd.org.tr) rəhbər heyəti arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev qarşı tərəfə TƏBİB-in yaradılması, onun əsas vəzifə və məqsədləri, hazırkı fəaliyyəti və gələcək planları barədə geniş məlumat verib.

Bundan başqa, təxirəsalınmaz və təcili tibbi yardım xidməti (TTTYX) sahəsində Azərbaycanda olan mövcud vəziyyət və TƏBİB tərəfindən həyata keçirilməsi planlaşdırılan zəruri islahatlar barədə TATD nümayəndə heyətinə ətraflı məlumat verilib, Türkiyə və inkişaf etmiş ölkələrdəki fundamental təcili tibbi yardımın təşkilinin metodları, strategiyası müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Türkiyə tərəfinin nümayəndə heyətinin rəhbəri TATD sədri Süleyman Türedi isə öz növbəsində Dərnək haqqında Azərbaycan tərəfinə təqdimat verib. Cənab Türedi Azərbaycandakı səhiyyə sistemində aparılan islahatlara töhfə vermək məqsədilə TTTYX-nın qurulması, təşkili, kadr potensialının hazırlanması və inkişaf etdirilməsi üçün qarşılıqlı razılaşma əsasında TATD tərəfindən TƏBİB-ə zəruri dəstəyin göstərilməsinə hazır olduğunu və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə öz təkliflərini bildirib.

Tədbirin sonunda hər iki tərəf görüşdən məmnunluq hissini ifadə edib və əldə edilmiş razılaşmaya əsasən qurumlar arasında qarşılıqlı əməkdaşlığın rəsmi həyata keçirilməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            876 14.12.20 16:44