22:08 "Qarabağ"ın "Çelsi" ilə oyununa satılan biletlərin sayı açıqlanıb  |     21:53 Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi  |     21:44 Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər  |     21:31 İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq  |     21:21 Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı  |     21:15 Binə qəsəbəsində yol PROBLEMİ: "Nə taksi, nə də təcili yardım gəlir" - Video  |     21:04 "Barselona"nın yarımmüdafiəçiəsi Pedri bir neçə həftəlik sıradan çıxıb  |     20:28 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi  |     20:09 Ötən il isti havanın dünya büdcəsinə vurduğu ziyan açıqlandı  |     19:39 "Qurd"a ağır itki üz verdi  |     19:19 Litva Belarusla sərhədini bağlayır  |     19:10 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:52 Arvadını namaz qılarkən öldürüb Gürcüstana qaçan şəxsə hökm oxunub  |     18:38 Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşdi  |     18:21 Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR və DETALLAR  |     18:03 Qurbanovdan futbolçulara SƏRT CƏZA: "Qarabağ"lıların maaşlarından kəsiləcək  |     17:58 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu  |     17:55 Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir - Video  |     17:44 Sentyabrda nağdsız ödənişlərin həcmi 24 faiz artıb  |     17:28 "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon "yedilər"  |    

“Haber Global” ümummilli liderin anım günü ilə bağlı video hazırladı: “Vəsiyyəti yerinə yetirilən ata” - VİDEO

Azərbaycanın sevdalısı olan Heydər Əliyev vəsiyyəti yerinə yetirilən bir atadır... 12 dekabr, bu gün onun vəfatının ildönümüdür. Qarabağın işğaldan xilas olmasını istəyən Heydər Əliyevin ölümündən 17 il sonra vəsiyyəti yerinə yetirildi. İllər əvvəl qurduğu ordu gücləndi və bu müqəddəs vəzifəni yerinə yetirdi.

Bu barədə “Haber Global”ın hazırladığı video materialda qeyd edilir.

Bildirilir ki, 1993-cü ildə Heydər Əliyev ölkəsinin başına keçəndə Azərbaycanda vəziyyət ağır idi, Birinci Qarabağ müharibəsi davam edirdi, torpaqlar hissə-hissə işğal olunurdu. Bu vəziyyəti dəyişdirmək asan deyildi, Azərbaycan iqtisadi böhranla mübarizə aparırdı, ölkədə daxili qarışıqlıq yaranmışdı və ən əsası yeni müstəqil olan Azərbaycanın Ermənistanın hücumlarına müqavimət göstərmək üçün nizami ordusu yox idi.

Təcrübəli siyasətçi Heydər Əliyev əvvəlcə ölkədəki xaosa son qoydu, sonra müharibəni dayandırdı və iqtisadiyyatı gücləndirməyə başladı.

Dünyanın nəhəng neft şirkətləri ilə imzalanan əsrin müqaviləsi onun böyük mübarizəsinin qələbəsi idi. O, xarici investorların çökmüş bir ölkəyə investisiya qoymalarına imkan verdi. Heydər Əliyev neft gəlirlərinin çox hissəsini orduya yönəltdi. Azərbaycan artıq nizami bir orduya sahib idi və günbəgün daha da güclənirdi. Qarabağı xilas etmək məsələsi əslində o vaxt başlamışdı. Heydər Əliyev tez-tez problemləri birbaşa yerindəcə həll edərək cəbhəyə gedirdi.

Heydər Əliyev 80 yaşında, 12 dekabr 2003-cü ildə ABŞ-da Klivlend Klinikasında vəfat etdi. Gələcəyə ümidlə baxan, sürətlə inkişaf edən iqtisadiyyata sahib olan dövlət və doğru strategiya miras qoydu... Bu strategiyanı davam etdirmək üçün öyrətdiyi gənc bir siyasətçi...

Əliyev oğluna vəsiyyət etmişdi ki, Qarabağı, xüsusən Şuşanı işğaldan qurtarsın. Şuşada qələbə qazandığı gün İlham Əliyev əvvəlcə müjdəni atası ilə bölüşdü, sonra ictimaiyyətə açıqladı.

İlham Əliyev qələbəni bu sözlərlə elan etdi: “Mən xoşbəxt bir insanam, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim”.

O gün Azərbaycan xalqı sevincdən göz yaşlarına boğuldu və ilk dəfə Heydər Əliyevin Şuşa ilə bağlı vəsiyyətini öyrəndilər. Bu vəsiyyət onun ölümündən 17 il sonra yerinə yetirildi. Bir atanın başlatdığı tarixi oğlu döyüşdə zəfərlə taclandırdı.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 431 12.12.20 15:51