Mojo.az Banner
15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağda astronomik stansiya qurulacaq

12.12.2020 13:45 2 049
Qarabağda astronomik stansiya qurulacaq
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan verilən məlumata görə, yığıncağın gündəliyinə çıxarılan ilk məsələ “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı” barədə olub.

Bildirilib ki, Tədbirlər planında AMEA-nın bölgənin ehtiyacına uyğun fizika məsələlərinin və təbii sərvətlərin fiziki xassələrinin tədqiqi üzrə Fizika Bölməsinin təşkil olunması öz əksini tapıb. Bundan əlavə, Qarabağ Regional Elmi Mərkəzinin və yeni yaradılacaq Qarabağ Universitetinin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.

Həmçinin, Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 milyon ton neft və 250 milyard kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması da başlıca hədəflərdəndir.скачать dle 11.3
Mojo.az Banner