Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanı gözləyən üçüncü texniki nəticə

09.12.2020 14:22 1 308
Azərbaycanı gözləyən üçüncü texniki nəticə
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Villarreal”ı ilə görüşməli olan Azərbaycan çempionu “Qarabağ”ı səfər matçına getmədiyi üçün texniki məğlubiyyət gözləyir.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok matçlarındakı 3-cü texniki nəticə olacaq.

UEFA koronavirus pandemiyasına görə oyuna yollanmayacaq Ağdam təmsilçisinə 0:3 hesablı yenilgi versə, ölkə çempionu meydana çıxmadan məğlubiyyət alan ilk komandamız kimi tarixə düşəcək. Çünki əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra reallaşıb.

2004/05 mövsümündə “Xəzər Universiteti” (indiki “Keşlə”) Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzub. Lakin meydan sahiblərinin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana girib. Bu üzdən İntertoto kubokunun görüşündə bakılılara texniki qələbə verilib – +:- (3:0).

Əgər ilk texniki nəticə xeyrimizə olubsa, 2010/11 mövsümündə bunun üzüntüsü yaşanıb. “Bakı” Avropa Liqasının “Buduçnost”la görüşündə cəzalı Joel Epalın xidmətindən yararlanıb. 2:0 hesablı qələbəsi ləğv edilən paytaxt təmsilçisi Monteneqro klubu ilə görüşdə texniki məğlubiyyətlə barışıb – -:+ (0:3).скачать dle 11.3
Mojo.az Banner