17:50 Moskvada miqrantlar üçün patentin qiyməti artırıldı  |     17:43 Vacib sirr açıldı: Günəşin atmosferi onun səthindən niyə daha istidir?  |     17:34 "Zirə" "Karvan"a qalib gəldi  |     17:30 Naxçıvan polisi əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı (FOTO)  |     17:28 Zaqatalada 41 yaşlı kişini öldürməkdə təqsirləndirilən daha bir şəxs saxlanıldı  |     17:16 Nəsimidə gecə saatlarında sakinlərin rahatlığını pozanlar CƏZALANDIRILDILAR - Video  |     17:06 Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb  |     16:29 Kanadanın baş naziri Trampdan üzr istəyib  |     16:22 Azərbaycanda bu sahələr daha çox gəlir gətirəcək (SİYAHI)  |     16:21 Təbrizdə təyyarə qəzaya uğradı  |     16:21 Buzovna sahilində köməksiz qalan balıqçılar belə xilas edildi - Video  |     16:20 Ötən ay 511 nəfər ölkədən qaçmağa çalışıb  |     16:19 "Ramiz Mehdiyev mənim bütün ailəmi terror altında saxlayırdı" - Gültəkin Hacıbəyli  |     16:15 Xaçmazda yeniyetmə anasını bıçaqlayıb öldürdü  |     16:11 "Nömrə adından çıxarılır, amma xəbərin yoxdur" - Mobil operatorlardan açıqlama (Video)  |     16:09 Radikal dindar arvadını beysbol dəyənəyi ilə döyərək öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı  |     14:58 Türkiyədə milyonlarla dollar dələduzluqda ittiham olunan kriptovalyuta birjasının qurucusu həbsxanadakı otağında ölü tapıldı  |     14:48 Putin azərbaycanəsilli diplomat İradə Zeynalova ilə bağlı fərman imzaladı  |     14:40 Noyabrın ilk bazar gününün havası  |     14:23 ABŞ-də neft emalı zavodunda partlayış: Yaralananlar var  |    

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısında

Rüşvət almaqda təqsirləndirilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxsləri - Əbülfəz İbrahimov, Arif Qəmbərov, Nizami Əhmədov, Səmayə Eminova, Bəyəli Xəlilov, Şahin Məmmədov və Elçin Əkbərovun barəsində aparılan ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq, 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla, pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək, vasitəçi kimi tanışı Şahin Məmmədovun köməyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək,ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs-qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 334 05.12.20 14:37