Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdamı Qafqazın Dubayına çevirmək olar

24.11.2020 22:39 945
Ağdamı Qafqazın Dubayına çevirmək olar
İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da, Agdam bu rayonların içində xüsusilə seçiləcək. Çünki bu rayon təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun iqtisadi inkişafında lokomotiv rolunu oynaya biləcək potensiala malikdir.

Median.Az
bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da böyük zərər vuruldu:

"Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir. Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki orada yenidən iqtisadi inkişafa nail olmaq üçün bu rayon geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifatlaşdırsaq, birinci növbədə buranın kənd təsərrüfatı üçün mövcud potensialını qeyd etməliyik".

Ekspert hesab edir ki, Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azalması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthinin çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və digər əlverişli xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir. Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır, eyni zamanda, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır:

"Azad edilmiş digər ərazilərimizdə olan su ehtiyatlarının da bu istiqamətə yönəldilmə imkanlarının olması da bizə onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdamda əkinçilik və maldarlığın sürətli inkişaf etdirilməsinin şahidi olacağıq. Kənd təsərrüfatı istehsalından danışarkən bu sahənin yeyinti və yüngül sənayeyə vərə biləcəyi töhfəni unutmaq olmaz. Ağdamda olan şərab zavodlarının istehsal etdiyi məhsullar bütün post-sovet ərazisində məşhur idi. Niyə də o nostalji dad yenidən qayıtmasın?! Yeni şərab zavodlarının inşası uzun illər əvvəl tanınmış bir brendin geridönüşü demək olacaq. Hətta bura bir məlumatı da əlavə edim ki, Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid "Vitis Vinifera" üzüm növünə mənsub tumlar aşkar edilmişdir. Bu faktlar göstərir ki, Ağdamda şərabçılığın sürətli inkişafı üçün böyük marketinq işinin qurulması baxımından xüsusi imkan var".

İqtisadçının fikrincə, Ağdam iqtisadiyyatının hərəkətverici qüvvələrindən ikincisi ticarət sektorunda movcud potensialdır. Bu rayonun yerləşdiyi coğrafi mövqe və rayon sakinlərinin ticarət sahəsində özünəməxsus bacarıqlarının olması bu potensialı daha da artırır.

E.Əmirov bu qənaətdədir ki, növbəti illərdə nəinki Qarabağ və ya Azərbaycanın, bütün regionun ən böyük ticarət zonasının Ağdam rayonunun ərazisində yaradılması mümkündür. Naxçıvan dəhlizinin açılması ilə yeni yaranacaq Türkiyə-Orta Asiya dəhlizi bu rayonun cənub sərhədlərindən keçəcək ki, bu da həmin ticarət zonasını Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya respublikaları, İran, Türkiyə və digər ölkələrin də istifadə edəcəyi nəhəng ticarət qovşağına çevirəcək. Hətta bu zaman beynəlxalq təcrübələrdən yararlanaraq müəyyən güzəşt sistemləri yaradılarsa, buranı Qafqazın Dubayına çevirmək olar.

Ağdamın mineral xammal, tikinti xammal ehtiyatları ilə bağlı potensialının da olduğunu nəzərə çatdıran iqtisadçı bildirib ki, Ağdam rayonunda mişar daşı istehsalına və sement istehsalına yararlı olan əhəngdaşı yataqları, zəngin gil yataqları, üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı gil yatağı, ümumi ehtiyatları, 2 qum-çınqıl qarışığı yataqları var:

"Ən əsası isə bu yataqların ehtiyatlar həcmi yeterincə böyükdür. Bunlar da imkan verir ki, bu ehtiyatların istismarı və emalı üçün iri sənaye müəssisələri yaradılsın. Bu müəssisələr həm ətraf rayonların ehtiyaclarının ödənilməsi, həm də rayonun iqtisadi durumunun yüksəldilməsinə imkan verəcək. İqtisadi potensialdan danışarkən mütləq işğaldan əvvəlki iqtisadi fəaliyyət sahələrini xatırlamaq və hazırkı şəraitin tələblərinə cavab verən sahələri yenidən qurmaq olar. Məsələn, dəzgah avadanlıqları, asfalt, konserv, yağ-pendir, barama toxumu, xalça fabriki və s. sahələri misal göstərmək olar".скачать dle 11.3
Mojo.az Banner