Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilərin dili ilə: “Bizə inanmayın, damarımızdan erməni qanı axır” – VİDEO

23.11.2020 19:17 981
Ermənilərin dili ilə: “Bizə inanmayın, damarımızdan erməni qanı axır” – VİDEO
Ötən gün Rusiyanın “Rossiya 1” kanalında “Vesti Nedeli” xəbər proqramında 1989-cu ildə Xocavənd rayonunun Tuğ kəndində cərəyan edən hadisələrlə bağlı videomaterial efirə gedib.

Baku TV xəbər verir ki, aparıcının “Heç vaxt Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıların çarəzsizliyini unutmayacağam” fikirləri ilə videomateriala giriş etməsi diqqət çəkib.

Əslində videomaterialda cərəyan edən hadisələrə nəzər yetirərkən açıq-aydın ermənilərin 1988-89-cu illərdən Dağlıq Qarabağda yaşayan əhalinin sıxışdırılmasının, təqiblərə məruz qalmasının şahidi oluruq. Reportajda diqqət çəkən digər məqam isə Xocavənd rayonunun Tuğ kənd orta məktəbinin taxta arakəsmə ilə iki hissəyə bölünməsi görüntüləridir. Əslində 1989-cu ilə qədər həm Azərbaycan, həm də ermənilər sözügedən bu məktəbdə birlikdə təhsil alıblar.

Bu barədə həmin məktəbdə dərs deyən Ramiz Cahangirov Baku TV-yə danışıb:

“Bizlə qonşuluq edən ermənilər birdən-birə öz simalarını dəyişdilər, əsl xislətlərini nümayiş etdirməyə başladılar. Onların ümumi prosesinə qoşulmayan erməniləri incidirdilər, təhqir edib döyürdülər. Artaşes Qriqoryan adlı bir erməni müəllimi var idi. O məni çağırdı və dedi ki, ermənilər məni və ailəmi incidirlər. Çünki biz münasibətlərə loyal münasibət bəsləyirik. sizə məsləhət verirəm ki, siz hətta mənim kimi erməniyə də inanmayın, çünki bizim damarımızdan erməni qanı axır.”скачать dle 11.3
Mojo.az Banner