Mojo.az Banner
13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |    
Mojo.az Avto
Mojo.az Avto

Xocalı canilərindən biri 28 il sonra Şuşada yaxalandı - Azərbaycanın axtarışa verdiyi Conik ələ keçdi - FOTO

22.11.2020 23:15 1 470
Xocalı canilərindən biri 28 il sonra Şuşada yaxalandı - Azərbaycanın axtarışa verdiyi Conik ələ keçdi - FOTO
Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə "mən sizə neyləmişəm axı?" deyir. Və erməni tərəfi Azərbaycan hərbçilərinin "80 yaşlı erməni mülki şəxslə qəddar davranışı" barədə dərhal hay küy qaldırıblar. Əslində, bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar, vəssalam.

Lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb. 28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.


Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.

Median.Az bildiri ki, vəkil Cavad Cavadov "Yeni Müsavat"a açıqlamasında deyib ki, 80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.


"Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır. Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar", - vəkil deyib.скачать dle 11.3
Mojo.az Banner