Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO

19.11.2020 14:09 2 634
Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO
Azərbaycanın uzun illər sürən düşmən işğalçılığına qarşı sentyabrın 27-dən başlanan haqq mübarizəsi, Ermənistan üzərində ölkəmizin qalibiyyəti fonunda məhv edilən tarixi abidələrimizin vəziyyəti də üzə çıxır.

Bunlardan biri də XIX əsr Azərbaycanın görkəmli şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın ev muzeyidir.

Oxu.Az ev muzeyinin yeni yayılan fotoları fonunda muzeyin tarixinə nəzər salıb.

Atasının sarayında “Dürrü yekta” (Tək inci), xalq arasında Xan qızı kimi çağırılan Natəvanın evi XVIII əsrə aid tarix-memarlıq abidəsi olub.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin ən görkəmli yerlərindən birində yerləşən muzeylə bağlı 1980-ci ildə maraqlı təklif irəli sürülüb. Belə ki, 1980-ci ildə Şuşada Azərbaycan SSR Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının açılması ideyası ortaya çıxıb.

Ancaq binada əsaslı təmir-bərpa işlərinə yalnız 1987-ci ildən başlamaq mümkün olub.

Filialın ilk direktoru füzulişünas alim, filologiya elmləri namizədi, SSRİ Yazıçılar İttifaqının üzvü Namiq Babayev olub. O, muzeyə işgüzar gəncləri cəlb edib və filialda bacarıqlı bir kollektiv formalaşdırıb.

Filologiya elmləri doktoru, professor, Qarabağ ədəbi mühitinin gözəl bilicisi Nazim Axundov öz köməyini gənc kollektivdən əsirgəməyib.

Elə həmin dönəmdə Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasət fonunda muzeyin ekspozisiya zalları əsaslı təmir olunub və istifadəyə verilib.

XIX əsrdə Şuşada fəaliyyət göstərən şair və ədiblərin muzeydə əhatə olunması nəzərdə tutulub. Bu məqsədlə lazımi materialların toplanması üçün Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı, Beyləqan, Füzuli və bütün ətraf rayonların adamları ilə əlaqələr yaradılıb.

Muzey yaranan gündən zəngin ədəbi materiallar, eksponatlar, yazıçı və şairlərlə əlaqədar şəxsi əşyalar, qədim kitab və əlyazmalar toplanıb.

Qarabağ ədəbi mühitini əks etdirmək üçün həm də qədim dövrlərə aid müxtəlif məişət əşyalarının toplanmasına cəhd göstərilib.

Bununla belə, 1992-ci ilin mayın 8-də Şuşa şəhəri Azərbaycanın mənfur düşmənləri tərəfindən işğal olunub. Azərbaycanın tarixini müqəddəs yurd yerlərimizdən silməyə çalışan düşmən tariximizə işıq salan hər şeyi məhv etməyə çalışıb, bununla izlərimizi o torpaqlardan silmək məqsədi güdüblər.

Elə Natəvanın bir zamanlar mədəniyyət beşiyi olan evi də bu vəhşilikdən “nəsibini” alıb.

Mədəniyyət abidəsinin indiki fotolarından da aydın olur ki, düşmən onu tamamilə məhv edib.

Muzeyin Şuşanın işğalından əvvəlki və azadlığına qovuşduqdan sonrakı fotoları da bu vandalizmi açıq şəkildə ortaya qoyur:






скачать dle 11.3
Mojo.az Banner