Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi
Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Qeyd edilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla, yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.
Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.