Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Uzunmüddətli istifadə üçün nəzərdə tutulan maskadan necə yararlanmaq olar?

14.11.2020 16:49 912
Uzunmüddətli istifadə üçün nəzərdə tutulan maskadan necə yararlanmaq olar?
Yenidən istifadə edilə bilən maskalar adətən bir neçə təbəqədən ibarət olur. Bura məsaməli mühitdir və tənəffüs səbəbiylə nəm olur, beləliklə bakteriyalar maskada böyüyə və dəri probleminə səbəb ola bilər. Elə viruslar da parça üzərində bir neçə gün qala bilər, buna görə də maska daha tez-tez yuyulmalıdır. Ən yaxşı seçim hər gündür: gec olmaz, bundan tez-tez isə yəqin ki, alınmaz.

Hansı temperaturda?

Maska isti - ən azı 60 dərəcə suda sabunla yuyulmalıdır. Əllə yuyularsa, 2-3 dəfə sabunlanmalıdır, yaxalamağa isə kifayət qədər vaxt sərf edilməlidir. Maşında yuyularsa, yuyucu vasitələrin tamamilə yuyulduğundan əmin olunmalıdır.

Maskanı yenidən taxmazdan əvvəl qurudulmalıdır, əks halda bakteriyalar üçün daha əlverişli şərait yaranacaq.

Maska antiseptiklə dezinfeksiya edilə bilərmi?

Bunu etməmək daha yaxşıdır. Birincisi, antiseptikin effektivliyi üçün miqdarı kifayət qədər olmalıdır, maskaya sadəcə spirtli sprey püskürtmək bəs etmir. İkincisi, materialda qalan antiseptik izləri üz dərisini qıcıqlandıra bilər, çünki üz dərisi çox həssasdır. Üstəlik, antiseptiklər maska taxılan zaman üzdəki tər və dəri hüceyrələri ilə başa çıxa bilməyəcək. Buna görə ən yaxşısı müntəzəm yuyulmadır.

Gün ərzində maskanı necə taxmaq lazımdır?

Bütün gün maska taxılması ehtimalı azdır. Çox güman ki, gün ərzində ondan bir neçə dəfə müəyyən müddət üçün istifadə ediləcək.

Maska təmiz əllə diqqətlə çıxarılmalı və gün boyu ayrı bir çantada (ideal olanı hava keçirməyən torbadır) saxlanılmalıdır. Saxlanılan yer də eyni zamanda vaxtaşırı yuyulmalı və ya antiseptiklə işlənməlidir.скачать dle 11.3
Mojo.az Banner