Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağın “sərhədi” yoxdur, Azərbaycan var - VİDEO

13.11.2020 20:25 1 935
Qarabağın “sərhədi” yoxdur, Azərbaycan var - VİDEO
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları bəyanat Yerevanı istənilən ərazi iddiaları hüququndan məhrum edir və qondarma “DQR” separatçı layihəsinə son qoyur. Vəssalam! “Artsax” yoxdur, Qarabağın heç bir sərhədi yoxdur – yalnız Azərbaycan var!”

Baku TV xəbər verir ki, bu sözləri Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, “ikinci erməni dövləti” layihəsinin mövcudluğu və müstəqilliyi perspektivləri məsələsi artıq bağlanıb.

“Azərbaycan ərazisində döyüşlərin dayandırılmasına dair üçtərəfli bəyanatda Qarabağa status məsələsi nəzərdə tutulmayıb. Bu, onu göstərir ki, heç bir “müstəqillik”dən söhbət getmir və “ikinci erməni dövləti” olmayacaq. Yerevan öz ambisiyalarına görə sarsıdıcı məğlubiyyətə uğrayıb və gec bərpa olunacaq. Ermənistan üçün bunu qəbul etmək çətin olsa da, o, hələ uzun müddət tanınmamış ərazi və separatçıların keçmiş “hökuməti” ilə oyun oynamağa çalışacaq, lakin bu, artıq perspektivsiz hekayədir”, - deyə politoloq qeyd edib.

Düşmən ölkənin Vatikandakı keçmiş səfiri isə bildirib ki, zaman gələcək, “Mənim addımım” partiyası bu ümummilli alçaltmaya görə cavab verəcək. “Mənim addımım” hələ ki, eyforiyadadır. “Mənim addımım”da hələlik Nikolun nə etdiyini anlamırlar. Zaman gələcək, “Mənim addımım” bu ümummilli alçaltmaya görə cavab verəcək. “Artsax”ın de-fakto olmayacağı gün yaxınlaşır. Bu gündən “Mənim addımım” Blokunu cavabdehliyə məcbur etməklə bağlı ümumerməni əməliyyatı başlayır”, – deyə keçmiş səfir Mikael Minasyan bildirib.скачать dle 11.3
Mojo.az Banner