Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

“Türkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

12.11.2020 14:49 2 028
“Türkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA
“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın fəaliyyəti nədən ibarət olacaqsa, Türkiyənin də fəaliyyəti ondan ibarət olacaq”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.

O bildirib ki, bu mərkəzdə Rusiya ilə Türkiyə birlikdə çalışacaq:

“Təbii ki, ev sahibi ölkə olaraq Azərbaycanın rolu önəmlidir. Amma mərkəzin fəaliyyəti, idarəçiliyi barədə sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə İşçi qrupu çərçivəsində müəyyən ediləcək. Daha sonra danışıqlar barədə Azərbaycana da məlumat veriləcək.

Amma ümumi olaraq nəzarət mərkəzi atəşkəsə havadan, qurudan nəzarəti həyata keçirəcək. Atəşkəsi pozan olarsa, bu bildiriləcək və həmin tərəfə qarşı hansı tədbirlərin görülməsi müəyyən ediləcək.

Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Nəticədə, bu üçtərəfli razılaşma imzalandı və bu mərkəz qurulur”.скачать dle 11.3
Mojo.az Banner