Mojo.az Banner
17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |    
Mojo.az Avto
Mojo.az Avto

İƏT Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam ziyarətgahlarının dağıdılmasından narahatlığını ifadə edib

12.11.2020 12:37 2 100
İƏT Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam ziyarətgahlarının dağıdılmasından narahatlığını ifadə edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirib.

Bu barədə İƏT-in bəyanatında bildirilib.

Maddi və mənəvi dəyərlərin qəsdən dağıdılması və talan edilməsi, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin dağıdılması, həmçinin tarixin qanunsuz mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur.

İşğal olunmuş ərazilərdəki çoxəsrlik irs obyektlərindən sui-istifadə beynəlxalq hüququn və konvensiyaların, məhz Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının, ona əlavə edilmiş 1954 və 1999-cu illər protokollarının açıq şəkildə pozulmasıdır.

İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında “İslamın tarixi və mədəni irsini tamamilə məhv etmək məqsədi ilə erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında törədilən barbar hərəkətləri pisləyən” “İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-C saylı qətnaməni qəbul edib.скачать dle 11.3
Mojo.az Banner