Mojo.az Banner
22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Araik Arutunyan: "Ermənistan ordusunun bir hissəsi vahimə içində olub"

11.11.2020 20:19 3 054
Araik Arutunyan:
Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

“Report” xəbər verir ki, feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün Yerevana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yoxdur. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, "ölkə prezidentini" (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, - deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.скачать dle 11.3
Mojo.az Banner