Aviqdor Liberman: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:20 Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb  |     12:19 "Real" 16 yaşlı futbolçunu transfer edəcək  |     12:19 Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib  |     12:19 Dünya bazarlarında neft ucuzlaşıb  |     12:17 Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI  |     12:16 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"  |     12:14 Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb  |     12:13 Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR  |     12:12 Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir  |     12:11 Abituriyentlərin NƏZƏRİNƏ: İkinci cəhd imtahanı ilə bağlı qeydiyyatın vaxtı UZADILDI  |     12:03 Baxıcı kimi fəaliyyət göstərən qadın həbs edildi: İLGİNC RİTUALLAR EDİRMİŞ (FOTO)  |     11:53 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar  |     11:44 Naxçıvanda eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ (Yenilənib)  |     11:42 Gəncədə baş verən qətl hadisəsinin GÖRÜNTÜLƏRİ YAYILDI (Video)  |     11:39 Kabil susuz qalan ilk şəhər ola bilər  |     11:28 Alman polisinə yeni silah növü veriləcək  |     11:11 Azərbaycana gətirilən "Barilla" makaronları yararsızdır?  |     23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |     22:46 Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib  |    

Aviqdor Liberman: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir”

İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya münasibət bildirib.

Bu barədə "Vesti İzrail” nəşri yazıb.

"Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu digərləri üçün də nümunə olacaqdır. Bu məsələnin birinci tərəfidir.

İkincisi: Atəşkəs - Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, vəziyyəti dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq qabiliyyətindən xəbər verir. Bu razılaşam beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu vəziyyətdə millətin konsolidasiyası və dövlətçilik anlayışının möhkəmlənməsində yeni bir mərhələdən danışmaq olar.

Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki nailiyyətləri daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.

Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu qeyd etmək lazımdır.

Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə əlaqədar hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.

İsrail öz növbəsində ümid edir ki, yeni "müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin möhkəmlənməsi yardım edəcək, bu torpaqlarda bundan sonra heç vaxt qan axmayacaq”, - deyə A.Liberman bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            756 10.11.20 23:16