Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərəkət iştirakçılarına MÜRACİƏT

10.11.2020 15:12 1 035
Hərəkət iştirakçılarına MÜRACİƏT
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini hər birimiz hədsiz sevinc və qürur hissi ilə qarşılayırıq”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) əhaliyə müraciətində qeyd olunub:

“Əziz və dəyərli vətəndaşlarımız!

Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək, xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.

Eyni zamanda, tarixi qələbə günündə milli birliyimizi nümayiş etdirmək üçün paytaxt küçələrinə çıxan dəyərli vətəndaşlarımızı, xüsusən də fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa dəvət edirik.

Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.

Hər zaman olduğu kimi, bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.

Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırkı vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.

Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!”скачать dle 11.3
Mojo.az Banner